Bakıda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

1986-cı il təvəllüdlü Ramin Həsənov “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında beton dirəyə çırpılıb və daha sonra eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Elman Cəbrayılovun idarə etdiyi idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan Həsənov Ramin xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir