Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Savalan yaşayış massivində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü Emin Eynullayev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Ağır xəsarət alan E.Eynullayev Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir