Bakıda doqquzmərtəbəli binada yanğın baş verib

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin hamam otağında 1 ədəd paltaryuyan maşın və 1 ədəd dolab yanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir