Bakıda dönərdən zəhərlənməyə görə cinayət işi açıldı – Yenilənib

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzdən Azinformasiya.Az-a verilən məlumata görə, “28 May” metrostansiyası yaxınlığında yerləşən dönərxanalardan birində dönər yeyən 8 nəfər zəhərlənmə diaqnozu ilə Mərkəzə gətirilib.

Zəhərlənən şəxslərdən biri qadın, yeddisi kişidir. Onlardan birinin 16 yaşı var. Vəziyyətləri ağır, orta ağırdır.

***

Zəhərlənənlərin adları:

1. Bayramov Cavid

2. Xəlilov Murad

3. Fəttahova Tünzalə

4. Əliyev Həmid

5. Soltanov Səid

6. Mirzəyev Rafiq

7. Ömərov Qüdrət

8. Soltanov Maqsud

Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir.

***

DİN Mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev bildirib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır.

***

DİN Mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev bildirib ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cu (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir