Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçib.

Məktəbdən Azinformasiya.Az-a verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə təhsil müəssisəsi martın 1-də fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Buna səbəb təhsil müəssisəsində çalışan əməkdaşın evində COVID-19-lu xəstələrin olmasıdır: “Lakin məktəbdə müəllim və ya şagirdlər arasında yoluxma faktı olmayıb. Növbəti həftədən – martın 9-dan məktəbdə tədrisin bərpası nəzərdə tutulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir