Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanda ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Məlumata əsasən, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib. Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az