Bakıda çörək zavodunun əməkdaşı iş yoldaşı tərəfindən qətlə yetirilib

Bakının Sabunçu rayonunda qətl olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Salamzadə Etibar Tahir oğlu işlədiyi “Bakıxanov” çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib.

Daha sonra onlar zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər.

Elşən E.Salamzadəyə bıçaq zərbələri endirib.

Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir