Bakıda beşmərtəbəli binanın zirzəmisində yanğın baş verib

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində yerləşən 1 otağında 6 m² sahədə kağız tullantıları yanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperaturdan otağın lambirdən ibarət üzlüyü 2 m² sahədə və 1 ədəd dəzgahın mühərrik hissəsində elektrik kabeli 0,5 p.m əriyib.

“Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir