Bakıda azyaşlı və yeniyetmə dəm qazından ölüb

Bakının Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə yanvarın 22-də qeydə alınıb. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.V. orada ölüb.

Dəm qazından növbəti ölüm hadisəsi isə Bakının Xəzər rayonunda baş verib

Buzovna qəsəbə sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir