Bakıda azyaşlı qız dəm qazından boğularaq ölüb

Bakının Sabunçu rayonunda evdən 11 yaşlı uşağın meyiti tapılıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

2012-ci il təvəllüdlü Əliyeva Dəniz Rasim qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir