Bakıda iki azyaşlı qardaş bədbəxt hadisə nəticəsində ölüb.
Azinformasiya.Az xəbər verir ki, 2 gün əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində 5 və 2 yaşlı iki uşaq siçan dərmanından zəhərləniblər. Qardaşlar xəstəxanaya çatdırılsa da, vəfat ediblər.
Manset.az-ın məlumatına görə isə həmin uşaqlar siçan dərmanını “Jelibon” bilərək yeyiblər və yerə yıxılıblar. Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.