Bakıda Azərbaycan və İsveç arasında siyasi məsləhətləşmələr keçirilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsveç səfirliyindən bildirilib.
Məlumata əsasən, bu həftə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tyhberg öz həmkarı Məmməd Talıbov, o cümlədən xarici işlər nazirinin müavini Fariz Rzayev, Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə səmərəli görüşlər keçirib.
Qeyd edilib ki, müzakirələr ikitərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, eyni zamanda qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələləri əhatə edib.
“Səfər çərçivəsində Thyberg, həmçinin beyin mərkəzlərinin, vətəndaş cəmiyyətinin və Azərbaycanda fəaliyyət göstərən İsveç şirkətlərinin nümayəndələri ilə də faydalı fikir mübadiləsi aparıb”, – məlumatda vurğulanıb.



Azinformasiya.az