Bakıda avtomobil piyadanı vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu körpüsunun yaxınlığında qeydə alınıb. Metronun “Koroğlu” stansiyasından H.Əliyev prospekti ilə Hava limanı istiqamətində hərəkətdə olan 1980-ci il təvəllüdlü Nail Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə şəxsiyyəti müəyyən edilməyən 40-45 yaşlarda kişini ehtiyatsızlıqdan vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az