Bakıda maşın 78 yaşlı qadını vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, markası və dövlət qeydiyyat nişanı naməlum avtomobil Nizami rayonu, Q.Qarayev prospektində 1948-ci il təvəllüdlü Mahirə Bayramovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az