Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Səlim Əliyev idarə etdiyi “Mercedes Benz e400” markalı avtomobillə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Rəsulovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir