Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsindən Zirə qəsəbəsi istiqamətində yolda qeydə alınıb.
Məlumata əsasən, 1980-ci il təvəllüdlü Niyaməddin Həsənovun idarə etdiyi “Wolksvagen Tuareg” markalı avtomaşın ilə hərəkətdə olarkən, yoldan keçən piyada – 1968-ci il təvəllüdlü Xatirə Cabbarovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanaraq istintaq aparılır.
Azinformasiya.az