Bakıda avtomobil kişini vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində baş verib.

1993-cü il təvəllüdlü Ceyhun Nemətli idarə etdiyi “Opel” markalı avtomobillə şəxsiyyəti məlum olmayan, 55-60 yaşlarında kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir