Bakıda avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Ruslan İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Vüsal İsmayılov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az