Bakıda avtomobil iki qadını vurub, biri ölüb

Bakıda avtomobil piyadaları vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda baş verib.

Elçin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Rəqsanə Əhmədova və Tərgül Zamanovanı vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Tərgül Zamanova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir