Bakıda avtomobil aşıb, ölən var

Bakının Sabunçu rayonunda ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, qəza Maştağa qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobillə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir