Bakının Hövsan qəsəbəsində avtomobil 71 yaşlı qadını vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, İsgəndərov Fuad İsa oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsindən Zığ qəsəbəsi istiqamətinə hərəkət edən zaman yolu keçən piyada – 1952-ci il təvəllüdlü Rəhmanova İlla Cavad qızını vurub.
Piyada aldığı xəsarətlərdən 3 saylı şəhər klinik Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az