Bakıda avtobus 2 piyadanı vurub öldürüb

Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Zabrat şossesində baş verib.

İdarəetməni itirən avtobus 2 qadını vurub. Hər iki piyada hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir