Bakıda 68 yaşlı kişi pəncərə düzəldərkən yıxılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı Topçubaşov küçəsi ev 84-də pəncərə düzəldərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-də orada ölüb.
Azinformasiya.az