Bakıda 64 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Məlumata əsasən, 1962-ci il təvəllüdlü Züleyxa Xanbaba qızı Bayramova yaşadığı 3-cü Alatava yaşayış sahəsində evdə hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az