Bakının Sabunçu rayonunda 64 yaşlı kişi özünü asıb.
Ainformasiya.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
1960-ci il təvəllüdlü Qasımov Hacıbala Hacı oğlu yaşadığı evin yataq otağında özünü asıb.
Ailə üzvləri dərhal H.Qasımovu xilas edərək xəstəxanaya çatdırıb.
Məlumata əsasən, intihara cəhd esən şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Ainformasiya.az