Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az