Bakıda 51 yaşlı kişini avtomobil vurub

Bakının Yasamal rayonunda avtomobil piyadanı vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Əli bəy Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Cəfərov Rövşən Nəriman oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir