Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində baş verib.

Mirzəyev Azad Fərahim oğlu idarə etdiyi “Mercedes Benz E 220” markalı avtomobillə yolu soldan sağa keçən piyada 1973-cü il təvəllüdlü Rəhimov Habil Əlövsət oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir