Bakıda bayram günü 46 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Nərimanov rayonunda baş verib.
Həmin ərazidəki mənzillərdən birində müvəqqəti yaşayan Gülövşə Maxsudova hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az