Bakıda 38 yaşlı kişi bıçaqlanıb

Bakıda kafenin yaxınlığında bıçaqlanma olub.

 

Azinformasiya.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Əliyev Şahin Arif oğlu aralarında yaranmış mübahisə zamanı Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngin süfrə” kafesinin yaxınlığında 1985-ci il təvəllüdlü Əmirov Yedulla Kazım oğlunu bıçaqlayıb.

Şahin Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir