Bakıda 2 mərtəbəli ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 180 m² olan kürsülü, ikimərtəbəli 3 otaqlı evin zirzəmisinin yanar konstruksiyaları, içərisinə yığılan əşyalar və taxta tullantıları 60 m² sahədə, 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları, ev əşyaları 45 m² sahədə, bitişik sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə yanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir