Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirib, özü və körpəsi ölüb

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir