Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb.
Azinformasiya.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Məlumata əsasən, rayonun Binə qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli qüsurlu Elşad Sadıqov yaşadığı evdə elektrik sobasına uzanaraq naqilə toxunub və elektrik cərəyanı vurması nəticəsində yanıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az