Bakı–Şamaxı–Yevlax yolunda qəza olub, ər və arvad xəsarət alıb

Bu gün səhər saatlarında Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü, Oğuz rayon sakini 49 yaşlı Dadaşov Seymur Tapdığ oğlu idarəetməni itirərək yoldan çıxması və avtomobilin suötürücü kanala aşması nəticəsində baş verib.

Sürücü Dadaşov Seymur Tapdığ oğlu və onun həyat yoldaşı, 45 yaşlı Dadaşova Səyidə Zayəddin qızı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir