Bakı-Quba yolundakı qəzada xəsarət alan müəllimlərin son durumu açıqlanıb – YENİLƏNİB

Bakı-Quba yolunda baş verən hadisədə xəsarət almış üç qadının müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir.

TƏBİB-dən Azinformasiya.Az-a verilən məlumata görə, onların vəziyyəti hazırda orta ağırdır.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan bir kişi Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Xatırladaq ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

12.37

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Azinformasiya.Az xəbər veri ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: “Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir