Bakı-Quba yolunda qoşquda aparılan 5 “Toyota” yanıb

Siyəzən rayonunda, Bakı-Quba yolunda yanğın olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata əsasən yolda (ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir