Bakı-Quba yolunda qəza baş verib, 8 nəfər xəsarət alıb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza olub.

 

Azinformasiya.az  xəbər verir ki, yolun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobilin iştirakı ilə qəza baş verib.

Əvvəlcə “Chery” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Daha sonra hadisə yerində dayanmaq istəyən “KİZ” markalı avtomobil arxadan gələn “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlar alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir