Bakı-Qazax yolunda avtomobil piyadanı vuraraq öldürüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində baş verib.

“Mercedes” markalı minik maşını Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçay rayonunun Alpoud kənd sakini Elçin Azər oğlu İsmayılovu vurub.

Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir