Bakı-Qazax magistralında avtomobil piyadanı vurub

Hacıqabulda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində baş verib. “Chery” markalı minik abtomobili yolu keçən qadını vurub.
Yaralanan Bakı sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızı xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir