Bakı İdman Sarayına yeni direktor təyin olunub

Bakı İdman Sarayına yeni direktor təyin olunub.

Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, saraya rəhbərlik Əli Əsgərova həvalə olunub. Ə.Əsgərov bu gündən fəaliyyətə başlayıb.

O, yeni təyinatadək “Azərişıq” ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. C.Kazımova dekabrın 20-də işdən çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir