Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.
Əmra əsasən, BACM-nin hakimi Telman Hüseynov spiker təyin olunub.
Məlumatı Məhkəmə-Hüquq Şürası “Report”a təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl bu vəzifədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.
Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.