Bakcell Müştəri Xidmətlərinin xanım operatoru müştəriyə daşıma nömrə ilə bağlı verdiyi məlumat yanlış çıxdı

Bakcell Müştəri Xidmətlərindən şikayət var.

Telefon operatorları ilə bağlı son zamanlarda şikayətlər artmaqda davam edir. Bu dəfə isə şikayət Bakcell Müştəri Xidmətlərindəndir.

Belə ki, müştərilərdən biri 5 gb olan internet paketinin həcminin az olması səbəbilə paketi geri qaytarmaq üçün Bakcell Müştəri Xidmətlərinə müraciət edəndə sözügedən müştəri xidmətlərinin operatoru müştəriyə paketi nə üçün qaytarmaq istədiyini soruşub və müştəri internet paketinin sərfəli olmadığını bildirib. Bu zaman operator xanım sərfəli paket barədə məlumat verib və əgər müştəri razılaşarsa bu paketi götürməyə onun 25 manat ödəməli olduğunu deyib. Operatorun bəhs etdiyi paket 1500 dəqiqə və 60 gb-dan ibarətdir. Müştəri bu paketi götürməyə razılaşıb və 25 manat ödəniş edib. Lakin əfsuslar olsun ki, 2 gündür operator xanımın təqdim etdiyi sərfəli paket özünü doğrultmayıb.

Bu və bu kimi hallar insanların həm vaxtına, həm də cibinə ziyandır. İnsanları bu cür aldatmaq qəbuledilməzdir. Bir müştəri müəyyən qədər ödəniş edib və onun müqabilində uyğun olan xidməti əldə etmirsə, ondan sui-istifadə edilərsə bu, yolverilməzdir.

Ümid edirik ki, Bakcell Müştəri Xidmətləri bu kimi halları yox dərəcəsinə endirər və insanların həm vaxtından, həm də cibindən oğurlamaz.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir