Astara rayonu Suparibağ kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Gülnarə Məcidova barəsində cinayət işinin istintaqı tamamlanıb.
Prokurorluqdan Azinformasiya.Az-a verilən məlumata görə, Gülnarə Məcidova 2017-2020-ci illərdə 3 işçisinin faktiki olaraq işə gəlməyərək rəsmi sənədlərə onların guya işə çıxması və əməkhaqqı almasına dair bilə-bilə yalan məlumatlar daxil edib.
Bu yolla da həmin şəxslərin əməkhaqqı kartlarına köçürülmüş 14 min manatı ələ keçirib.
Gülnarə Məcidovaya Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilib.