Babək rayonunda maşın aşıb

Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Babək rayonunun Badaşqan kəndində baş verib.

1997-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Elman Əsədovun idarə etdiyi “Daewo” markalı avomobil aşıb. Nəticədə, avtomobilin sürücüsü dünyasını dəyişib, sərnişin – 2001-ci il təvəllüdlü Zeynəddin kənd sakini Qasım Quliyev isə ağır xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Sözügedən faktla bağlı araşdırma aparılır.

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir