Suriyanın keçmiş prezidenti Bəşər Əsəd 8 dekabr, səhər saatlarınadək Dəməşqdə olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə bu gün onun adından paylaşılan bəyanatda bildirilir.
B. Əsəd bəyanatında qeyd edib ki, onun nə istefa vermək, nə də ölkəni tərk etmək planı olub: “Dekabrın 8-i, səhər saatlarınadək mən Dəməşqi tərk etməmişəm, belə bir planım ümumiyyətlə olmayıb. Mən Hmeymimdəki hərbi bazaya gedərək fəaliyyətimi orada davam etdirmişəm. Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib”.
Azinformasiya.az