Qərb dövlətlərinin ekstremist qruplara verdiyi dəstək terrorla mübarizəni çətinləşdirir.
Azinformasiya.az xəbər verir ki, bunu bazar günü Suriya prezidenti Bəşər Əsəd bildirib.
“Terror təhlükəsi Suriya və İraq üçün əsas problem olaraq qalır”, – o, Əl Hadath telekanalı tərəfindən yayımlanan mətbuat konfransında söyləyib.
Suriya dövlət başçısının sözlərinə əsasən, daha öncə Dəməşqdə İraqın baş naziri Məhəmməd əl-Sudani ilə apardığı danışıqlarda iki ölkənin terrorizmlə mübarizədə birgə səyləri müzakirə olunub. O, “sərhəd bölgələrində sabitliyin və təhlükəsizliyin saxlanması üçün Suriya və İraq orduları arasında əməkdaşlığın vacibliyinə” işarə edib. “Baş nazir Məhəmməd əl-Sudaninin səfəri ərəblərarası arenada baş verən müsbət dəyişiklikləri nəzərə alaraq, ikitərəfli münasibətlərdə keyfiyyətcə sıçrayış etməyə imkan verəcək”, – Əsəd vurğulayıb.
Azinformasiya.az