Bəşər Əsəd Çinə səfər edib

Suriya Prezidenti Bəşər Əsəd Çin lideri Si Cinpinin dəvəti Çinə rəsmi səfərə gedib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, Bəşər Əsəd 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Şərqi Çinin Zhejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib.

Əsəd axırıncı dəfə 2004-cü ildə o zamankı prezident Hu Jintao ilə görüşmək üçün Çinə səfər edib.

Suriya Ərəb Xəbər Agentliyinin verdiyi məlumata əsasən, o, Prezident Si Cinpin ilə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir