Bərdədə yol qəzası baş verib, xəsarət alan var

Bərdədə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Asif Abışov küçəsində baş verib. 1995-ci il təvəllüdlü Balayev Nəsrəddin Kamandar oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobil yol kənarında dayanmış minik maşınına çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilən N.Balayevin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir