Bərdədə yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bərdə rayonunda, keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə baş verib. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və onun həyat yoldaşı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir