Bərdədə TIR-la iki maşın toqquşub, 2 nəfər xəsarət alıb

Bərdədə zəncirvari yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Yevlax-Bərdə-Ağdam avtomobil yolunda, Bərdənin Qarağacı kəndində baş verib. “Mercedes Benz” markalı TIR-la “BMW” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “BMW” markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Nəsibov Nəsib Allahverən oğlu və 2003-cü il təvəllüdlü Nəcəfov Fariz Nurəli oğlu xəsarət alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir